Ərdoğanın infarkt keçirməsi iddiası barədə açıqlama – Mersin mitinqi də təxirə salındı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın xəstəliyi səbəbindən xəstəxanaya yerləşdirildiyi ilə bağlı yayılan iddialardan sonra rəsmi açıqlama verilib.
Yeniavaz.com xəbər verir ki, Prezidentin Mətbuat Xidmətindən verilən məlumatda Ərdoğanın infarkt keçirməsi iddiaları da təkzib olunub:
“Prezident Ərdoğanın infarkt keçirdiyi və xəstəxanaya yerləşdirildiyi iddiaları doğru deyil. Hörmətli Prezidentimiz Rəcəb Tayyib Ərdoğan sabah keçiriləcək Akkuyu Atom Elektrik Stansiyasına İlk Yanacaq Yükləmə mərasimində videokonfrans vasitəsilə iştirak edəcək”, – məlumatda deyilir.
Vitse-prezident Fuat Oktay isə Ərdoğanın səhhəti ilə bağlı danışarkən bunları deyib: “Prezidentimizin səhhəti yaxşıdır. Biz daimi ünsiyyətdəyik. Bir az soyuqlamışdı”.
AKP-nin sədr müavini Erkan Kandemir sosial media hesabından Ərdoğanın Mersin mitinqinin də təxirə salındığını açıqlayıb.