Cəmiyyət

Son 3 ayda 13 oğlan və 15 qız övladlığa götürülüb – Rəsmi

Son 3 ayda 28 uşaq övladlığa götürülüb, 36 uşaq öz ailəsinə reinteqrasiya edilib.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsi​ məlumat yayıb.

Bildirilir ki, 2023-cü ilin 1-ci rübündə övladlığa götürülənlərin 13-ü oğlan, 15-i qız olub.
Son 3 ayda həmçinin reinteqrasiya tədbirləri nəticəsində sosial xidmət müəssisələrindən 19-u oğlan, 17-si qız olmaqla 36 uşaq öz bioloji ailələrinə qaytarılıb.

“Prezident İlham Əliyevin Fərmanı əsasında 1 noyabr 2019-cu ildən etibarən övladlığa götürmə sahəsində idarəetmə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə olunub. Ötən dövrdə bu sahədə idarəetmə və xidmətlərin elektronlaşdırılması təmin edilib və övladlığa götürmə prosesi e-sistem üzərindən həyata keçirilir.

Övladlığa götürülən uşaqların ailələrdə fiziki-mənəvi inkişafının təmin olunmasına nəzarət edilməsi üçün uşaqlar 18 yaşına çatanadək övladlığa götürmənin ilk ilində hər rüb, növbəti illərdə ildə bir dəfə monitorinqlər həyata keçirilir. Birinci rübdə də bu istiqamətdə 155 monitorinq aparılıb”, – qurumdan bildirilib.

Bənzər yazılar

Back to top button