Cəmiyyət
Cümə günü Azərbaycanda yay havası olacaq

Aprelin 28-də Bakıda və Abşeronda hava yağıntısız olacaq, bəzi yerlərdə duman ola bilər. Havanın temperaturu gecə müsbət 11 +15, gündüz müsbət 20 +25 dərəcə olacaq.
Rayonlarda da əsasən yağıntı gözlənilmir. Lakin bəzi qərb rayonlarında yağış yağacaq, şimşək çaxacaq və dolu düşəcək.
Havanın temperaturu aran rayonlarında gecə müsbət 11 +16, gündüz müsbət 24 +29 dərəcə olacaq. Dağlarda gecə müsbət 5 + 10, gündüz müsbət 13 + 18 dərəcə olacaq.