Siyasət

Avropa Şurası Parlament Assambleyasının həmməruzəçiləri Laçın yolunda “hərəkət sərbəstliyini bərpa etməyə” çağırıblar

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan və Ermənistanın monitorinqi üzrə həmməruzəçiləri Yan Liddell-Qreyncer (Böyük Britanitya), Liz Kristoffersen (Norveç), Kimmo Kilyunen (Finlandiya), Boriana Oberq (İsveç) Laçın yolundakı vəziyyətlə bağlı bəyanatla çıxış ediblər.

Onlar Avropa İnsan Hüquqları Məhkəməsinin və Beynəlxalq Məhkəmənin Azərbaycan “Laçın dəhlizilə hər iki istiqamətdə adamların, nəqliyyat vasitələrinin və yüklərin maneəsiz hərəkətinin təmin edilməsi üçün öz sərəncamında olan bütün tədbirləri görməlidir” qərarına istinad edərək Laçın dəhlizi boyunca hərəkət sərbəstliyini bərpa etməyə çağırıblar.

“Biz Azərbaycan və Ermənistanı yüksək səviyyəli danışıqların təşkililə bağlı Avropa İttifaqının səylərini daha da çətinləşdirə biləcək istənilən birtərəfli addımlardan çəkinməyə çağırırıq.

Biz sərhəd məsələləri üzrə danışıqları aktivləşdirməyə və bütün mübahisələrin sülh yolu ilə nizamlanmasına çağırırıq”, – bəyanatda deyilir.(Turan)

Bənzər yazılar

Back to top button