Dünya

Paşinyan rəqiblərindən xilas olmaq istəyir

İyul ayında baş nazirin müavini Tiqran Avinyan və səhiyyə naziri Arsen Torosyanın istefası ğözlənilir

AzToday.az “Hraparak” qəzetinə istinadən xəbər verir ki, Ermənistan baş nazirinin müavini Tiqran Avinyan iyulun ortalarına qədər istefa verəcək: “Son brifinqdə iştirak etmədiyinə diqqət yetirdinizmi? Polis Xidmətinin rəhbərinin brifinqdə olması ilk baxışdan normal idi, ancaq Paşnyan onu yavaş-yavaş “tapdalayır”, Avinyanı koronavirusla mübarizədə fəaliyyətsizlikdə günahlandırır”.

Qəzet yazır ki, səhiyyə naziri Arsen Torosyanın məsələsi də gündəmdədir. T.Avinyanı əvəz edəcək bir neçə namizəd varsa, Torosyanın vəziyyətində çətinliklər var: “Belə ki, o, bir sıra beynəlxalq təşkilatların “oğlanı”dır”. T.Avinyanı kim əvəz edəcək, bu siyahıda Araik Harutyunyanın adı var? (Bu separatçıların lideri deyil, başqa biridir ). “ Mənim addımım” bloku çərçivəsində seçim və barter variantları hazırlanır: Araik – Baş nazirin müavini, Mxitar Hayrapetyan – Təhsil, elm, çədəniyyət və idman naziri olur. Paşinyan Mxitaryanı icra orqanına – nazir vəzifəsinə gətirəcəyinə söz verib. Hər halda, iyul ayında həm parlamentdə, həm də icra hakimiyyətində kadr dəyişikliyi olacaq”.

Nikolun qara siyahısı”nda olan və T.Avinyanı müdafiə edən deputatlara gəlincə, heç kim mandatdan imtina etmək niyyətində deyil, əksinə komanda yoldaşları və digər qüvvələrlə fəal danışıqlar aparır, müstəqil bir konqlomerat yaratmağa çalışırlar (fraksiya yarada bilmirlər).

Orxan Məmmədli

Aztoday.az

Bənzər yazılar

Back to top button