Siyasət

Paşinyan buraxılış məntəqəsindən danışdı – Rusiyaya etibar etmir

“Azərbaycanın Dağlıq Qarabağı ermənilər üçün yeni sərhədə çevirmək cəhdlərinə son qoyulmalıdır və bunun yeganə yolu Qarabağda geniş beynəlxalq mandata malik nümayəndələrin olmasıdır”.

Yeniavaz.com Ermənistan mətbuatına istinadən bildirir ki, bu sözləri bu gün Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.

Paşinyan Xankəndini Ermənistanla birləşdirən Laçın dəhlizinin başlanğıcında Azərbaycan tərəfindən qurulan nəzarət-buraxılış məntəqəsindən danışıb.

Baş nazir deyib ki, “Dağlıq Qarabağ” ermənilərinin hüquqları və təhlükəsizliyi Stepanakertlə (Xankəndi –red.) Bakı arasında beynəlxalq format çərçivəsində danışıqların predmetinə çevrilməlidir: “Ermənistanla Azərbaycan arasında mümkün sülh müqaviləsinə gəlincə, onun başa düşülən, funksional icra zəmanətləri və mübahisələrin həlli mexanizmləri sisteminə malik olması lazımdır. Sərhədin delimitasiyası parametrləri aydın şəkildə sənədləşdirilməli və hər hansı eskalasiyanın qarşısını almaq üçün aydın mexanizmlər işə salınmalıdır. Vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq və hərtərəfli nizamlanmaya nail olmaq üçün bizdən və beynəlxalq ictimaiyyətdən konkret və səmimi səylər tələb olunur. Ermənistan bu istiqamətdə mümkün olan bütün səyləri davam etdirəcək. Lakin bu səylərə paralel olaraq Dağlıq Qarabağda və Laçın dəhlizində daha geniş beynəlxalq iştirak hər gün daha çox zəruri olur. Azərbaycanın Dağlıq Qarabağı ermənilər üçün yeni sərhədə çevirmək səylərinə son qoyulmalıdır və bunun yeganə etibarlı yolu Dağlıq Qarabağda geniş beynəlxalq mandata malik nümayəndələrin olmasıdır. İlk addım kimi Laçın dəhlizinə və Dağlıq Qarabağa təcili beynəlxalq faktaraşdırıcı missiya göndərmək lazımdır”.

Bənzər yazılar

Back to top button