İqtisadiyyat

182 milyonluq “Milla” 2 yerə parçalandı – Təfərrüat

“Milla Dairy” MMC (VÖEN – 1300995031) yenidən təşkil olunaraq tərkibindən ayrılma nəticəsində “Novex Group” MMC-nin yaradıldığını elan edib.

Yeniavaz.com xəbər verir ki, bir müddət əvvəl Azərbaycanın aparıcı süd məhsulları istehsalçılarından biri olan “AZ FP CO LTD” MMC adını dəyişərək “Milla Dairy” MMC-yə çevrilib.

Məlumat üçün bildirək ki, “AZ FP CO LTD” MMC uzun illər öz məhsullarını bazara “Milla” markası ilə çıxarıb. Şirkət dövlət qeydiyyatına 2006-cı ildə alınıb. Ötən il MMC-nin nizamnamə kapitalı 41 milyon 131 min 39 manat olub. Hazırda isə MMC-nin nizamnamə kapitalı 4 dəfədən çox artırılaraq 181 milyon 710 min 4 manata çatdırılıb. Hüquqi ünvanı isə dəyişməz qalıb – Abşeron rayonu, Hökməli ŞTQ (Bakı-Şamaxı Şossesi), ev 15-ci km-də yerləşir. Ötən il MMC-yə rəhbərlik edən Qabil Əhmədovun yerinə isə Vahabzadə Azər Adil oğlu təyin olunub.

Onu da qeyd edək ki, “AZ FP CO LTD” MMC yeni açılan zaman şirkətə İran əsilli iş adamı Mənuçehr Əhədpur Xangah rəhbərlik edib. Mənuçehr Əhədpur Xangah hazırda Yasamal rayon, Haqverdiyev ev 21 ünvanında yerləşən onlarla şirkətə rəhbərlik edib. Mənuçehr Əhədpur Xangahın adı uzun müddət mətbuatda fövqəlada hallar naziri Kəmaləddin Heydərovun ailə üzvlərinin rəhbərlik etdiyi “Gilan” holdiqlə birgə çəkilib.

Bənzər yazılar

Back to top button