Siyasət

Araik sülhməramlıların yeni komandanından Qarabağın “blokada”sını qaldırmağı tələb edib

Aprelin 27-də Rusiya sülhməramlı kontingentinin yeni komandiri general-polkovnik Aleksandr Lensov Qarabağ separatçılarının lideri Araik Arutyunyanla görüşüb.

Ermənistan KİV bildirib ki, görüş zamanı tərəflər 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın müddəalarının davamlı şəkildə həyata keçirilməsinin vacibliyini vurğulayıblar.

Arutyunyan bildirib ki, Rusiya sülhməramlılarının Qarabağ və Ermənistan arasında ikitərəfli əlaqədəki bütün maneələri “qısa müddətdə” aradan qaldırmasını, “blokada”nın götürülməsini, Laçın dəhlizi rejiminin saxlanmasını, mühüm infrastrukturların normal fəaliyyətinin təmin edilməsini və digər məsələlərin həllini gözləyir.(Turan)

Bənzər yazılar

Back to top button