
Bakının Xan Şuşinski küçəsi ilə Həsən Əliyev küçəsinin kəsişməsində ağaclara qarşı vandallıq edilib.
AzToday.az xəbər verir ki, səkidə tikilən “My Tantuni” adlı restoran 4 ağacın budaqlarının qabığı dairəvi şəkildə soyulub.
Məlumatı “Ecofront” yayıb. Qurumun yaydığı məlumatda deyilir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə iki dəfə müraciət edilsə də, tədbir görülməyib:
“Vidodakı bu vandallığı iki defe zəng edib ekologiya nazirliyine bildirsem de maraqlanan olmadı. Ağacların halqavari olaraq qabığını kəsiblər. Son ümüd olaraq size yazıram. Hər gün bu mənzərəni görüb ürəyim ağrıyır.” – deyə izləyicimiz yazır.
Ünvan: 1 saylı ASAN xidmətin yaxınlığı”.
Daha ətraflı video-sujetdə