Hadisə

Azərbaycan-Rusiya sərhədində yeni “Xanoba” gömrük məntəqəsi açılıb

Martın 17-də Azərbaycan-Rusiya sərhədində yeni “Xanoba” gömrük məntəqəsinin açılış mərasimi keçirilib. Tədbirdə Rusiya və Azərbaycan hökumət başçılarının müavinləri Aleksey Overçuk və Şahin Mustafayev iştirak ediblər.

Yeni məntəqə sərhəddən yük maşınlarının buraxılmasını dəfələrlə artırmağa imkan verəcək. Eyni zamanda qonşu “Samur” gömrük məntəqəsinin yükü azalacaq.

“Xanoba” Hindistan və Pakistandan yüklərin İran və Azərbaycandan keçməklə Rusiyaya sürətli daşınmasını təmin etməyə imkan verəcək, deyə Rusiya baş nazirinin müavini Aleksey Overçuk jurnalistlərə bildirib. Onun sözlərinə görə, bu, “Şimal-Cənub” nəqliyyat dəhlizinin – hazırki yüzilliyin ən mühüm nəqliyyat magistralının tərkib hissəsidir.

Öz növbəsində, Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev qeyd edib ki, “Xanoba” Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsini xeyli artırmağa imkan verəcək.

Bu gömrük məntəqəsindən hər gün 300-ə qədər yük maşını və 1000 minik maşını keçəcək.

Onun sözlərinə görə, Azərbaycan Rusiya ilə mühüm nəqliyyat layihələrini genişləndirməyə hazırdır.

Bənzər yazılar

Back to top button