Hadisə

Lerik sakinlərindən Vüqar Əhmədova: XXİ əsrdə ağacdan işıq dirəyi olar?!

İki gün əvvəl əvvəl Lerik rayonunun Qələbin kəndində elektik cərəyanı vurması nəticəsində iribuynuzlu heyvanlar – 7 aylıq boğaz inək və kəl tələf olub. İki təsərrüfata 5000 manat civarında ziyan dəyib.

AzToday.az xəbər verir ki, bu barədə “Lerik” səhifəsi sakinlərə istinadən məlumat yayıb.

Məlumatda deyilir ki, rayonda sovetdən qalma dirəklər də artıq yoxdur. Yerinə isə kənd camaatı əlacsızlıqdan hər saniyəsində təhlükə mənbəyi olan adi ağac parçaları basdırırlar ki, heç olmasa evlərində bir çıraq yansın: “Bu ağaclar yağışlı, küləkli Talış dağlarında bir neçə aya çürüyür sıradan çıxır.

Şəkildə gördüyünüz kimi elektrikötürücü xətlər bir neçə müddət imiş ki, göydən əlini üzübmüş. Bu xətlər möhkəm yağış yağan gün təkcə Rəşdo obadakı evləri çılçırağa qərq etməyib, bütün ətraf meşə ağaclarını, meşə və örüşdəki heyvanları yaş təbiət vasitəsilə elektrikləşdirib.

Vətəndaşın şikayətini əsaslı olaraq burda paylaşırıq ki, Azərişıq qeyd edilən problemlə yerində maraqlanıb, bu problemi aradan qaldırsın. O qurban mal-qara deyil, hər hansı bir sakin ola bilərdi”.

Bənzər yazılar

Back to top button