İdman

SOCAR-ın “Qalatasaray”a sponsorluq edəcəyi bildirilir

Türkiyə mediası yazır ki, tezliklə müqavilə bağlanacaq

Azərbaycanın dövlət neft şirkəti olan SOCAR “Qalatasaray”a sponsorluq edə bilər.

Klub Bakıda “Qarabağ”la yardım qarşılaşması keçirəndən sonra bu məsələ gündəmə gəlib.

Türkiyənin müxalifyönümli saytı “Sözçü” yazır ki, “Qalatasaray” SOCAR ilə stadion və forma sponsorluğunu əhatə edən nəhəng bir imza atmaq üzrədir.

Məqsəd “Beşiktaş”ın Rusiyanın təbii qaz şirkəti “Qazprom” ilə sponsorluq müqaviləsini keçərək Türkiyə rekordunu qırmaqdır.

Sayt yazır ki, tərəflər arasında danışıqlar müsbət istiqamətdə davam edir.

“Qalatasaray” adından təmasları vitse-prezident Niyazi Yelkencioğlunun həyata keçirdiyi bildirilir.

Müqavilənin həm iqtisadi, həm də idman tərəfləri var.

Bildirilir ki, SOCAR dörd mövsümün hər birində 20-25 milyon avro sponsorluq haqqı ödəyəcək.

“Müqavilənin birinci hissəsi statın adını əhatə edir. Ancaq hazırkı sponsor “Sixt” ilə razılaşdırılarsa, SOCAR da köynəyin sinəsinə yerləşdirilə bilər. Bu, baş verərsə, gəlirlər artacaq”, – sayt yazır.

“Qalatasaray” və SOCAR rəsmi olaraq bu barədə açıqlama verməyib.(Meydan TV)

Bənzər yazılar

Back to top button