GündəmSiyasət

Azərbaycan, Türkiyə və Gürcüstanın hərbi təhsil müəssisələrinin rəhbərləri görüşüb

Azərbaycan, Türkiyə və Gürcüstan arasında imzalanan müdafiə sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumuna əsasən Azərbaycanın Milli Müdafiə Universitetində Azərbaycan, Türkiyə və Gürcüstan hərbi təhsil müəssisələri rəhbərlərinin üçtərəfli görüşü keçirilib.

Görüşdə Azərbaycan Milli Müdafiə Universitetinin rektoru, general-leytenant Heydər Piriyev, Türkiyə Quru Qoşunları Məktəbinin rəisi, general-mayor Gültekin Yaralı və Gürcüstan Milli Müdafiə Akademiyasının rektoru, briqada generalı Mamia Balaxadze iştirak edib.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, tərəflər bu cür görüşlərin keçirilməsinin hərbi təhsil müəssisələri arasında təcrübə mübadiləsinin, birgə proqramların, layihələrin reallaşdırılmasına layiqli töhfələr verəcəyini vurğulayıb.

Sonra Azərbaycan Hərbi İnstitutunda görüş davam etdirilib. Nümayəndə heyətləri təhsil müəssisəsinin ərazisi, tədris korpusları, maddi-texniki bazası, həmçinin burada kursantlar üçün yaradılan şəraitlə tanış olub və keçirilən tədris prosesini izləyiblər.

Bənzər yazılar

Back to top button