Cəmiyyət

Mayda havanın temperaturu iqlim normasından yüksək olacaq

May ayında havanın orta aylıq temperaturu iqlim normasına yaxın, bəzi yerlərdə bir qədər yüksək olacaq.

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər çox olacaq.

Birinci ongünlüyün birinci yarısında ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturu 18-20 dərəcə isti olacaq, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 15-20 dərəcə isti, gündüzlər 21-26 dərəcə isti, bəzi günlərdə 28-33 dərəcə isti olacaq. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacaq (18-21 mm).

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button