Bizim seçimGündəmİqtisadiyyat

ADR hökumətə təkliflər verdi: Böyüklərə 250, 18 yaşından aşağı şəxslərə isə 125 manat verilsin

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə
Azərbaycan Respublikasının Baş Naziri cənab Əli Əsədova
Azərbaycan Respublikasının Milli Məclisinin sədri xanım Sahibə Qafarovaya
Azərbaycan Respublikasının İqtisadiyyat naziri cənab Mikayıl Cabbarova
Azərbaycan Respublikası Maliyyə naziri cənab Samir Şərifova
Azərbaycan Respublikasının Əmək və əhalinin sosial müdafiəsi nazir cənab Sahil Babayevə
Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadəyə
Azərbaycan Mərkəzi Bankının sədri cənab Elman Rüstəmova
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərarğaha

Dünyanın qarşılaşdığı COVİD-19 pandemiyasının Azərbaycan əhalisinə və iqtisadiyyatına təsirlərini dərin narahatlıqla izləyirik. Bu təsirlərin azaldılması üçün rəhbərlik etdiyiniz orqanların işini daim diqqət mərkəzində saxlayırıq. Qarşılaşdığımız fəlakətin miqyaslarını düzgün qiymətləndirib, onun əhalinin sağlamlığına, təhlükəsizliyinə və rifahına, milli iqtisadiyyata mənfi təsirlərini azltmaq və onunla mübarizə istiqamətində görüləcək işlərin təsir gücünü artırmaq üçün Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının adından aşağıdakı təklifləri sizinlə bölüşürük.

Təkliflərə diqqətlə yanaşacağınıza əminliklə əvvəlcədən təşəkkür edirik.

1. İqtisadi və fiskal dəstək sahəsində:
1.1. 2020-ci ilin dövlət büdcəsinə yenidən baxılsın və dürüstləşdirilsin.
1.2. Dövlət Neft Fondunun 2020-ci il üçün büdcəsinə yenidən baxılsın və dürüstləşdirilsin.
1.3. Dövlət Sosial Müdafiə Fonunun 2020-ci il üçün büdcəsinə yenidən baxılsın və dürüstləşdirilsin.
1.4. İşsizlikdən sığorta Fondunun 2020-ci il üçün büdcəsinə yenidən baxılsın və dürüstləşdirilsin.
1.5. Neft qiymətlərindəki dəyişkənliyin büdcə gəlirlərinə təsirini tənzimləyən büdcə qaydasına yenidən baxılsın.
1.6. Pandemiyanın iqtisadiyyata və əhaliyyə təsirlərini azatmaq üçün büdcədən ayrılan vəsait dövrü olaraq artırılsın.
1.7. Azərbaycan Respublikasında 2020-ci il üçün ehtiyac meyarının həddi haqqında Qanunda dəyişiklik edilsin.
1.8. Səhiyyə müəssislərində, apteklərdə, mağazalarda, banklarda, poçt idarələrində, ictimai xidmətlər göstərən dövlət şirkətlərində və özəl müəssisələrdə çalışanların pandemiya dövründə əməyi stimullaşdırılsın, onlar lazımı mühafizə vasitələri – tibbi maska, tibbi əlçək və sair ləvazimatlarla büdcə vəsaiti hesabına təmin edilsin.
1.9. Vergi hesabatlığının reqlamentində dəyişiklik edilsin.
1.10. Maliyyə amnitsiyası elan edilsin.
2. Özəl biznesə dəstək sahəsində:
2.1. Mərkəzi bank uçot dərəcələrinə yenidən baxsın, kommersiya banklarının faiz dərəcələrinin aşağı salınması stimullaşdırılsın.
2.2. Manatın məzənnəsinin üzən valyuta rejimində tənzimlənməsinə hazırlıq işləri başa çatdırılsın.
2.3. Kommersiya bankları, bank olmayan kredit təşkilatları bütün növ kreditlər (biznes, istehlak, ipoteka və s.) üzrə əsas və borc ödənişləri üçün 6 aylıq tətil elan edilsin.
2.4. Pandemiyadan əhəmiyyətli dərəcədə təsirlənən fermerlər, biznes subyektləri və fərdi sahibkarlar üçün vergi tətilləri elan edilsin.
2.5. Pandemiyadan əhəmiyyətli dərəcədə təsirlənən fermerlər, kiçik və orta biznes və fərdi sahibkarların güzəştli şərtlərlə kreditlərə çıxışı təmin edilsin.
2.6. Pandemiyadan əhəmiyyətli dərəcədə təsirlənən fermerlər, kiçik və orta biznes və fərdi sahibkarlar işçilərin sayından asılı olaraq birdəfəlik yardımlar edilsin.
3. Əhalinin aztəminatlı təbəqəsinin sosial təminatı sahəsində:
3.1. Böyüklər üçün 250 manat, 18 yaşından aşağı uşaqlar üçün 125 manat birdəfəlik və müddətli (3 və ya 6 aylıq) yardım edilsin.
3.2. Kommunal ödənişlərə güzəştlər tətbiq olunsun, işıq, qaz və su təchizatının borca görə dayandırılmasına yol verilməsin.
3.3. Dövlətin sosial təminat proqramının istifadəçiləri olan işsizlərin, ünvanlı sosial yardım alanların, bütün növ (əmək, yaşa və ailə başcısını itirməyə görə) pensiyaçıların, şəhidlərin, müharibə və ya 1990-cı ilin 20 yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin, Çernobıl qəzası nəticəsində I və II dərəcə əlilliyi müəyyən edilmiş, yaxud vəfat etmiş şəxslərin, habelə Çernobıl qəzası nəticələrinin aradan qaldırılması iştirakçılarının və müddətli hərbi xidmət qulluqçularının ailələri aprel 1-dən hesablanmaq şərtilə kommunal ödənişlərdən 3 ay və ya 6 ay müddətində azad edilsin.
3.4. Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2020-ci il üçün müəyyənləşdirilən ehtiyac meyarının həddi 160 manatdan cari il üçün yaşayış minimumu ölkə üzrə dəyərinə 190 manata çatdırılsın.
3.5. Rəsmi qeydiyyata alınan bütün iş axaranlara və işsiz statusu olanlara minimum əmək haqqı səviyyəsində orta hesabla 250 manat məbləğində işsizliyə görə sığorta haqqı ödənilsin.
3.6. Minimum pensiyanın məbləği 200 manatdan 250 manatadək, minimum əmək haqqının məbləği 250 manatdan 300 manatadək artırılsın.
3.7. Bütün növ aylıq (şəhid ailələrinə, yaşa görə, əlilliyə görə, ailə başçısını itirməyə görə, sağlamlıq imkanları məhdud olan 18 yaşadək uşaqlara) müavinətlərin məbləği 50 faiz və birdəfəlik (uşağın anadan olması, dəfnə görə) müavinətlərin məbləği 2 dəfə artırılsın.
3.8. Məcburi köçkünlərə ödənilən vahid aylıq müavinətin məbləği 50 faiz artırılsın.
4. Səhiyyə sahəsində:
4.1. Virusun aşkarlanması və ona qarşı tədbirlərin effektivliyinin atırılması üçün testlərin kütləviliyi təmin edilsin.
4.2. Tibbi ləvazimatlar, xüsusilə də süni nəfəs avadınlıqarı ilə təchizatı artırılsın.
4.3. Rusiya və Gürcüstanla sərhəddə səyyar çadır karantinlər ləğv edilsin və orda karantində saxlanılanlar şəraiti olan yerlədə yerləşdirilsin.
4.4. Həkimləri mühafizə üçün onların tibbi və maddi təminatı yaxşılaşdırılsın.
4.5. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi vurusun coğrafiyasına dair interaktiv surətdə yeniləşən xəritə hazırlasın.
5. Yekun müddəlar:
5.1. Əhali müntəzəm, açıq-aydın və dürüst şəkildə məlumatladılsın.
5.2. Bütün tədbirlər üzrə maliyyələşdirmə dövlət büdcəsindən və büdcədən kənar fondlardan həyata keçirilsin.
5.3. Fiskal şəffaflıq və hesabatlıq artırılsın.

Qubad İbadoğlu,
Azərbaycan Demokratiya və Rifah Hərəkatının (ADR) sədri

Bənzər yazılar

Back to top button