Hadisə

Həbsdə olan Bəxtiyar Hacıyev kəskin baş ağrılarından əziyyət çəkir – vəkil

İctimai fəal Bəxtiyar Hacıyev kəskin baş ağrılarından əziyyət çəkir. O, bu barədə saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasının tibb-saniyta hissəsinə bildirsə də, hələ dərmanlarla təmin etməyiblər. Bu barədə vəkil Elçin Sadıqov aprelin 28-də təcridxanada Hacıyevlə görüşündən sonra Turan-a bildirib.

O, həm də bildirib ki, Hacıyev barəsində həbs-qətimkan tədbirinin uzadılması barədə Xətai rayon Məhkəməsinin qərarından aprelin 25-də apellyasiya şikayəti verilsə də, hələ apellyasiya baxışının vaxtı təyin edilməyib.

Qeyd edək ki, aprelin 20-də Bakı şəhəri Xətai Rayon Məhkəməsi müstəntiqin vəsatəti əsasında Hacıyevin həbs müddətinin daha iki ay (iyunun 28-dək) uzadılması barədə qərar qəbul edib.

* Bəxtiyar Hacıyev ötən il dekabrın 9-da xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamı ilə həbs edilib. Həmin gün Xətai Rayon Məhkəməsi onun barəsində 1 ay 20 gün həbs qərarı çıxarıb. Dekabrın 15-də Hacıyev azadlığa buraxılması tələbi ilə aclıq aksiyasına başlayıb. O, ictimaiyyət nümayəndələrinin və ailə üzvlərinin israrlı çağırışlarından sonra dekabrın 28-də aclıq aksiyasına son qoyub. Lakin yanvarın 9-da Apellyasiya Məhkəməsi onun həbsdən azad olunmasını rədd etdikdən sonra o, aclıq aksiyasını bərpa edib. Yanvarın 21-də məhkəmə Hacıyevin həbs müddətini daha bir ay, fevralın 23-də isə daha 2 ay – aprelin 28-də uzadıb. Hacıyevin barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığına dəyişdirilməsi və ya məhkəmə başlayana qədər zaminə buraxılması ilə bağlı vəkillərin çoxsaylı vəsatətləri məhkəmələr tərəfindən təmin edilməyib.

Fevralın 28-də – aclıq aksiyasının 51-ci günündə Hacıyev aclığı dayandırıb.

ABŞ Dövlət Departamenti, ABŞ Senatı, Avropa İttifaqı, Avropa Şurası və bir sıra beynəlxalq QHT nümayəndələri dəfələrlə Hacıyevin həbsdən azad olunmasını tələb edib.

Bənzər yazılar

Back to top button