İdman

Qvardiola: “Yunayted”lə oyun üçün gülünc fikirlərim var”

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola İngiltərə Premyer Liqasının 19-cu turunda “Mançester Yunayted”lə keçirəcələri oyun barədə danışıb.

Qol.az “Daily Mail”ə istinadən xəbər verir ki, mütəxəssis hələ rəqibin son matçlarını analiz etmədiklərini deyib:

“Mən istərdim ki, bütün oyunçularımız “Yunayted”lə oyundan əvvəl orta hesabla eyni sayda dəqiqə oynasınlar. Çünki onlarla matç üçün bəzi gülünc fikirlərim var. “Mançester Yunayted”lə oyun üçün dəqiq heyətim yoxdur. Onların son oyunlarına hələ baxmamışam. “Mançester Yunayted”in evdə necə oynadığını, nəyisə dəyişib-dəyişdirmədiyini dəyərləndirməliyik. Mən hələ də bunu öyrənməliyəm”.

Qeyd edək ki, yanvarın 14-də “Old Trafford” stadionunda keçiriləcək “Siti” – “Yunayted” matçı Bakı vaxtı ilə 16:30-da başlayacaq.

Bənzər yazılar

Back to top button