GündəmHadisə

Tərtərdəki mina partlayışında ölənlərin cəsədləri ərazidən çıxarıldı

Tərtərin Tapqaraqoyunlu kəndi ərazisində minaya düşən şəxslərin cəsədləri ərazidən çıxarılıb.

AzToday.az APA-ya istinadla xəbər verir ki, bu barədə TƏBİB-in tabelində fəaliyyət göstərən Tərtər rayon mərkəzi xəstəxanasından bildirilib. Qeyd olunub ki, meyitlər Tərtər morquna verilib.

Qeyd edək ki, bu gün Tərtərdə mina partlayışı nəticəsində RPS Energy Ltd. şirkəti ilə çalışan Yusifov Nadir Pənah oğlu (Füzuli rayonu), Gözəlov Səxavət İsmayıl oğlu (Füzuli rayonu) və Sədiyev Fərid Mehman oğlu (Sumqayıt şəhəri) həlak olub.

Bənzər yazılar

Back to top button