İdman

600 milyon verib, oynamaqlarına bax, biabırçılıqdır

Todd Bouli “Brayton”la oyundan (1:2) sonra “Çelsi”nin futbolçularını tənbeh edib.

Premyer Liqanın 31-ci turunun oyunundan sonra klubun şərikli sahibinin paltardəyişmə otağında bir saata yaxın qaldığı bildirilib.

“The Telegraph” xəbər verir ki, Bouli baş məşqçi Frenk Lempardın çıxışından sonra söz alıb.

İş adamı klubun turnir cədvəlinin aşağı pillələrində olmasını və son nəticələri “biabırçı” adlandırıb. O, bu komandanın qurulması üçün 600 milyon funt-sterlinq xərcləndiyini, lakin hələ ki, ümidlərinin doğrulmadığını deyib.

Eyni zamanda, o, Çempionlar Liqasında “Real”la cavab oyununun mövsümü xilas etmək, biabırçı çıxışlara son qoymaq və azarkeşlər qarşısında bəraət qazanmaq üçün şans olduğunu bildirib.

Klubun digər ortaq sahiblər Hansyorq Viss və Behdad Eqbali də Bouli ilə soyunub-geyinmə otağına baş çəkdilər.

Bənzər yazılar

Back to top button