Hadisə

Deputatlar Qusarda: “Şəkər həkim getdikdən sonra nişanlısına zəng vurub deyib ki…”

“Bu gün Milli Məclisin deputatları – Azər Badamov, Eldəniz Səlimov və mən Qusar rayonunun Xurel kəndinə getdik. Bir neçə gün əvvəl zəhərlənmədən dünyasını dəyişən Bakı Dövlət Universitetinin VI kurs tələbəsi Şəkər Faiq qızı Xasmətovanın yas mərasimində iştirak etdik, ailəsinə və yaxınlarına başsağlığı verdik”.

Qaynarinfo xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Aydın Mirzəzadə bir neçə gün əvvəl Bakı Dövlət Universitetində zəhərlənmədən dünyasını dəyişən tələbə qızın ailəsini ziyarət edərkən bildirib.

Deputat tələbə qızın arzusundan da söz açıb.

“Şəkər öz həmkəndlisinə nişanlı imiş, təcili yardım həkimi getdikdən sonra nişanlısı ilə telefonla danışır, başının ağrıdığını bildirir. Nişanlısı təcili Bakıya gəlmək istəsə də, Şəkər razı olmur. Şəkər universiteti bitirdikdən sonra ixtisası üzrə öz kəndlərindəki orta məktəbdə fizika müəllimi işləmək arzusunda imiş”.

Xatırladaq ki, noyabrın 20-dən 21-nə keçən gecə 20 yaşlı Şəkər Xasmətova BDU-nun yataqxanasında qidadan zəhərlənərək vəfat edib. Digər 2 otaq yoldaşı isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıblar, hazırda onların vəziyyəti qənaətbəxşdir.

Bənzər yazılar

Back to top button