DigərDünya

Türkiyə parlamenti İdlibə görə toplandı

Türkiyə Böyük Millət Məclisi (TBMM) Suriyanın İdlib bölgəsində türk əsgərlərinin kütləvi şəkildə öldürüldüyü hücum və bölgədəki hadisələrin müzakirə ediləcəyi qapalı iclas keçirmək üçün toplanıb.

AzToday.az Türkiyə mediasına istinadən xəbər verir ki, iclasın əvvəlində parlamentin sədri Mustafa Şentop İdlibdəki və bölgədəki hadisələrlə əlaqədar Türkiyənin Vitse-prezidenti Fuat Oktay, Xarici İşlər naziri Mövlud Çavuşoğlu və Milli Müdafiə naziri Hulusi Akarın çıxış etməsi təklifini təqdim edib. Təklifə görə, iclada Türkiyə Böyük Millət Məclisinin daxili nizamnməsinə uyğun olaraq hər nazirə və siyasi partiyaların faraksiya rəhbərlərinə 30 dəqiqə, parlamentdə fraksiyası olmayan partiyalardan 3 deputata 5 dəqiqə söz veriləcək. Səsverməyə çıxarlan təklif qəbul edilib.

Gündəliyə keçməzdən əvvəl, TBMM sədri M.Sentop tərəfindən iclasın qapalı keçirilməsi təklifi də səsə qoyularaq qəbul edilib. Qapalı iclasda CHP sədri Kamal Kılıçdaroğlu və MHP sədri Dövlət Baxçalı da iştirak edir.

Bənzər yazılar

Back to top button