Dünya

ABŞ Rusiyanın Ukraynanın dinc sakinlərinə son aviazərbələrini pisləyir

Cümə günü Vaşinqton Rusiyanın Ukraynanın şəhərlərinə son raket zərbələrini pisləyib və hərbi cinayətlərə görə Kremlin məsuliyyətə cəlb edilməsi üzrə işi davam etdirəcəyini vəd edib, Turan-ın Vaşinqton müxbiri bildirib.

“…Bu, Rusiyanın Ukrayna vətəndaşlarının həyatına laqeyd yanaşmasına nümunələrdən biridir”, – Dövlət Departamentinin rəsmi nümayəndəsinin müavini Vedant Patel gündəlik brifinqdə deyib.

“… Biz yenə də Ukraynadakı ədalətsiz müharibə ilə bağlı düşüncəsiz hərəkətləri görürük və Birləşmiş Ştatlar ukraynalı tərəfdaşlarımızı dəstəkləmək, Rusiya Federasiyasını məsuliyyətə cəlb edə bilmək üçün işləri davam etdirməkdən ötrü əlindən gələni etməyə davam edəcək”, – Patel deyib.

Ukrayna rəsmi şəxslərinin sözlərinə görə, cümə günü baş verən terror aktları Ukraynanın bir neçə şəhərinə təsir edib, nəticədə ən azı 23 nəfər həlak olub, çox adam yaralanıb. Prezident Vladimir Zelenski aviazərbələri “Rusiya terrorunun daha bir gecəsi” adlandırıb və Moskvaya qarşı qlobal sanksiyaların sərtləşdirilməsinə çağırıb.

Bənzər yazılar

Back to top button