GündəmManşetSiyasət

Prezident İlham Əliyev: “Türkiyə regionda sülhün və sabitliyin qarantıdır”

Şənbə günü Türkiyə və Azərbaycan prezidentləri Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev İstanbulun Atatürk hava limanı ərazisində TEKNOFEST-2023 festivalının açılış mərasimində iştirak ediblər.

Əliyev festival iştirakçılarına müraciət edərək Türkiyəni “regionda sülhün və sabitliyin qarantı” adlandırıb, “Anadolu” agentliyi bildirib.

Azərbaycan prezidenti qeyd edib ki, onun ölkəsi Ermənistanın işğal etdiyi ərazilərin azad olunması ilə nəticələnən müharibə zamanı Türkiyənin və şəxsən prezident Rəcəb Tayyib Ərdoğanın dəstəyini heç vaxt unutmayacaq.

“Ərdoğanın mövqeyi xalqımıza güc verdi”, -Əliyev vurğulayıb.

O xatırladıb ki, iki il öncə imzalanmış bəyannamə bizim ölkələrin münasibətlərini müttəfiqlik səviyyəsinə çıxardı. Bu sənədin Azərbaycanın Qarabağ bölgəsinin “tacı” olan Şuşa şəhərində imzalanması onu xüsusilə əhəmiyyətli edir.

Azərbaycan lideri diqqəti çağdaş Türkiyənin nailiyyətlərinə, o cümlədən texnoloji və müdafiə sahələrindəki nailiyyətlərinə yönəldib.. “Kızıl Elma pilotsuz təyyarə səmada, Altay tankı və Togg elektromobili festival meydançasında, Anadolu gəmisi isə dənizdədir. Və bu, bugünkü Türkiyədir!”,- Əliyev deyib.

Azərbaycan prezidenti tezliklə ölkədə Bayraktar Texniki Mərkəzinin yaradılacağını bildirib.

TEKNOFEST aviasiya, kosmonavtika və texnologiya festivalı 2018-ci ildən Türkiyənin T3 Fondu, Sənaye və Texnologiya Nazirliyinin birgə səylərilə hər il keçirilir.

Bənzər yazılar

Back to top button