Siyasət

Paşinyan Blinkendən Bakıya təsir etməsini istəyib

Şənbə günü Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ dövlət katibi Entoni Blinkenə zəng edib.

Ermənistan hökumətinin mətbuat xidmətinin məlumatına görə, söhbət zamanı tərəflər regiondakı hərbi-siyasi vəziyyəti müzakirə ediblər.

Paşinyan Azərbaycanın Laçın dəhlizindəki hərəkətlərini “Dağlıq Qarabağda etnik təmizləmə siyasəti” adlandırıb.

O, beynəlxalq ictimaiyyəti “Azərbaycanın regional təhlükəsizliyə xələl gətirən hərəkətlərinə adekvat reaksiya verməyə və Beynəlxalq Ədalət Məhkəməsinin qərarının qeyd-şərtsiz icrası üçün fəal tədbirlər görməyə” çağırıb.

Həmçinin ABŞ dövlət katibinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında gələn həftə Vaşinqtonda keçiriləcək müzakirələrə dair fikir mübadiləsi aparılıb.(Turan)

Bənzər yazılar

Back to top button