İdman

Qəbələyə gedən “Neftçi” qəzaya düşdü

Misli Premyer Liqasının XII turunda “Qəbələ” ilə qarşılaşacaq “Neftçi” noyabrın 5-dəki görüş üçün bu gün səfərə yollanıb.

Fanat.az-ın əldə etdiyi məlumata görə, komanda yolda qəza keçirib.

Hadisə “Bayraq meydanı” tərəfdə baş verib və “Hyundai” markalı digər avtomobil sürücüsünün ehtiyatsızlığı səbəbindən olub. Xoşbəxtlikdən qəza yüngül olub və xəsarət olmayıb. Bir müddət ləngiyən komanda elə klubun avtobusu ilə də yoluna davam edib.

Qeyd edək ki, “Qəbələ” – “Neftçi” matçı 5 noyabrda, saat 16:00-da Qəbələ şəhər stadionunda olacaq.

Bənzər yazılar

Back to top button