Cəmiyyət

Azərbaycanda karantin bu tarixdə tamamilə ləğv edilir? (AÇIQLAMA)

Xəbər verdiyimiz kimi Azərbaycanda 131 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 143 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Əgər bu dinamika davam etsə, iyun ayında karantin rejimi ləğv edilə bilərmi?

AzToday.az xəbər verir ki, Bununla bağlı danışan deputat Fazil Mustafa bildirib ki, karantin rejimin ləğvi barədə danışmaq tezdir: “Sadəcə yumşaldılması və uzadılması mümkündür. Çünki bu hal dünyəvidir. Biz karantin rejimini ləğv etsək də, sərhədləri aça bilməyəcəyik. Ümumiyyətlə, sərhədlərin açılması bizim maraqlarımıza uyğun deyil. Çünki bu virusa tutulan insan ölkəmizə gələrək yenidən koronavirusun Azərbaycanda alovlanmasına səbəb ola bilər. Bu baxımdan da biz daxildə karantin rejimini yumşaldıb və ya sərtləşdirə bilərik. Karantin rejiminin ləğvi qeyri-sağlam addımdır. Biz bunu qorumalıyıq. Əgər bu gün yollar bağlıdırsa, bu, insanlarımızın sağlamlığının xeyirinədir. Amma müəyyən məsələlərdə yumşalma barədə düşünmək olar”.

Mənbə: Sonxeber.az

Bənzər yazılar

Back to top button