Digər

Nazirlik şəhid ailəsinin bir qardaşını işə düzəltdi, digər qardaşın isə sosialını kəsdi – Video

Tovuz sakinlərindən birinin aldığı sosial yardım gözlənilmədən dayandırılıb.

AzToday.az Xezerxeber.az-a istinadən xəbər verir ki, səbəb həmin şəxsin qardaşının məşğulluq xidməti tərəfindən işlə təmin edilməsidir.

Tovuz rayonunun Əsrik-Cırdaxan kənd sakini Hafiz İsmayılov aztəminatlı ailə olaraq 11 ay Ünvanlı Dövlət Sosial Yardım alıb. Lakin təyinatın vaxtı bitməmiş onun aprel ayı üçün vəsaiti hesabına köçməyib. Bundan əlavə vətəndaşın yenidən yardımdan faydalanmaq üçün hüquqları Dövlət Sosial Müdafiə Fondunun online müraciət proqramı vasitəsi ilə bir il müddətinə məhdudlaşdırılıb.

Sonradan məlum olub ki, Hafizin qardaşı işə girdiyi üçün ona verilən yardıma xitam verilib.

Onun qardaşı Fariz Məmmədov da şəhid övladı olaraq Məşğulluq Xidməti tərəfindən rəsmi əmək müqaviləsi ilə işlə təmin edilib. Vətəndaş onu da bildirir ki, sosial yardım haqqında qanunlarda 15 iş günü ərzində özü müraciət edəcəkmiş. Lakin 12 günün tamamında Ünvanlı Dövlət Sosial Yardım dayandırılıb.

Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili bildirib ki, qanunvericiliyə görə, artıq ailəyə tətbiq olunan 1 illik məhdudiyyət araşdırılıb və aradan qaldırılıb.
Hafiz İsmayılov ailənin aylıq gəlirlərini ərizə-bəyannamədə göstərməklə ünvanlı sosial yardımla bağlı yenidən müraciət etməlidir.

Bu halda ailəyə ünvanlı sosial yardımın təyin olunub-olunmama məsələsinə yenidən baxılacaq.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Bənzər yazılar

Back to top button