İdman

Günün transfer şayiələri: Ten Haq Kazemiroya əvəzedici tapdı

Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.

“The Independent”: “Mançester Yunayted” “Sautqempton”un gənc futbolçusu Romeo Laviya ilə maraqlanır. Baş məşqçi Erik ten Haq 19 yaşlı belçikalı yarımmüdafiəçini Kazemiroya əvəzedici olaraq görür. Braziliyalı futbolçunun müqaviləsinin bitməsinə 3 il qalmasına baxmayaraq Ten Haq onun mövqeyinə gənc futbolçu axtarır. Niderlandlı mütəxəssisin fikrincə, Romeo Kazemironun mövqeyinə ideal namizəddir.

“Daily Mail”: “Arsenal”ın baş məşqçisi Mikel Arteta 3 futbolçu ilə yolları ayırmaq niyyətindədir. Bunlar yarımmüdafiəçi Qranit Cak və müdafiəçilər Kiran Tirni ilə Folarin Baloqandır. Tirninin artıq “Nyukasl”la danışıqlar apardığı bildirilir. Baloqan isə cari mövsüm uğurlu çıxış etməsinə baxmayaraq yayda satılacaq. Onun xidmətində “Milan” və “Marsel” maraqlıdır.

“A Bola”: “Roma” “Benfika” millisinin hücumçusu Qonsalu Ramuşu heyətinə cəlb etməyi planlaşdırır. İtaliya təmsilçisi 21 yaşlı futbolçunu Temmi Abrahama əvəzedici olaraq düşünür. Ancaq Ramuşu transfer etmək elə də asan olmayacaq. Belə ki, Portuqaliya millisinin forvardı “Mançester Yunyted”in də hədəfindədir. (Fanat.az)

Bənzər yazılar

Back to top button