Dünya

Dünya Bankı Türkiyəyə 1,78 milyard dollar ayıracaq

Dünya Bankı Türkiyəyə 1 milyard 780 milyon dollar verəcəyini açıqladı.

“Təbii fəlakətin miqyasının qiymətləndirilməsi və bərpa və yenidənqurma üçün prioritet sahələrin müəyyən edilməsi üçün zərərin sürətli qiymətləndirilməsinə başlanılıb”, – Bankın bəyanatında deyilir.

Bəyanatda qeyd olunur ki, 1 milyard 780 milyon dollar Türkiyənin cənub-şərqində böyük insan tələfatına, yaralanmalara və çox böyük ziyana səbəb olan dağıdıcı zəlzələ və afterşoklardan sonra xilasetmə və bərpa işlərinin aparılmasına kömək üçün ayrılacaq.

Dünya Bankının rəhbəri David Malpass, “Dünya Bankı, bu gün Türkiyənin cənub-şərqində və ətrafında kütləvi ölümlərə, yaralanmalara və çox əhəmiyyətli dağıntılara səbəb olan dağıdıcı zəlzələ və afterşoklara kömək etmək və bərpa etmək üçün 1,78 milyard dollar ayrıldığını elan etdi”dedi.

O əlavə edib ki,”Dünya Bankı həmçinin fəlakətin miqyasını müəyyən etmək və təbii fəlakət risklərinin tənzimlənməsində beynəlxalq zəngin təcrübəsinə əsaslanaraq bərpaya dəstək vermək üçün prioritet sahələri müəyyən etmək məqsədi ilə zərərin sürətləndirilmiş qiymətləndirilməsinə başlayıb”.(Turan)

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button