Hadisə

Vasif Talıbovun prokuror qardaşı işdən çıxarıldı

Naxçıvan MR prokurorunun müavini Məhərrəm Talıbovun öz ərizəsi ilə prokurorluq orqanlarında qulluq keçməsinə xitam verilib.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

***

Naxçıvan Muxtar Respublikası prokurorunun müavini Məhərrəm Talıbov vəzifəsindən azad olunub.

AzToday.az APA-ya istinadla xəbər verir ki, Məhərrəm Talıbov ərizə ilə işdən azad olunmasını istəyib.

Baş Prokurorluğun Mətbuat xidmətindən məlumatı təsdiq ediblər.

Qeyd olunub ki, hələlik onun yerinə təyinat yoxdur.

M.Talıbov Naxçıvan MR Ali Məclisinin sabiq sədri Vasif Talıbovun qardaşıdır.

Bənzər yazılar

Back to top button