İdman

Ronaldo “Yuventus”la anlaşdı – İtaliya mətbuatı

“Real”ın hücumçusu Kriştiano Ronaldo karyerasını İtaliyada davam etdirə bilər.

Qol.az-ın “Marca”ya istinadən yaydığı xəbərə görə, portuqaliyalı ulduz futbolçunu “Yuventus” transfer edə bilər. 33 yaşlı forvardın “kral klubu” ilə münasibətlərinin pisləşməsindən istifadə edən “qoca sinyora” oyunçunun transferi ilə bağlı hərəkətə keçib.

“Tuttosport” nəşrinin iddiasına görə isə Turin klubu artıq futbolçu ilə şəxsi müqavilə şərtlərində razılığa gəlib. Ronaldonun “Yuventus”la 4 illik müqavilə bağlayacağı və ümumilikdə 120 milyon avro (illik 30 milyon) qazanacağı bildirilib. İtalyan klubunun nümayəndələrinin “Real” rəhbərliyi ilə əlaqə saxladığı və 120 milyon avroluq təzminat məbləğini ödəməyə hazır olduqlarını bildirmələri iddia olunur.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Qeyd edək ki, bir müddət öncə “Real” Ronaldo üçün 1 milyard avroluq təzminat qiyməti müəyyənləşdirmişdi. Ancaq rəhbərliklə portuqaliyalı futbolçu arasında belə bir razılıq var ki, PSJ və ya “Barselona”dan birinə keçməyəcəyi təqdirdə klub təzminat məbləğini 120 milyona endirəcək.

Bənzər yazılar

Back to top button