Cəmiyyət
Hacı Şahinin yerinə təyinat oldu

Əli Şərbətov Məşədi Dadaş Məscidinə imam təyin edilib.
AzToday.az APA-ya istinadla xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
Sədr məscidə yeni təyinatların olacağını da deyib:
“Bundan başqa, oraya yenə əlavə təyinatlar olacaq. O cümlədən, məscidə qadın dini ayinlərinin icraçısı da təyin ediləcək”.
Mübariz Qurbanlı yeni imamın məsciddə bu gün təqdim olunacağını vurğulayıb:
“Media mənsublarından kim istəyir, buyursun, məscidə gedib iştirak edə bilər”.
Xatırladaq ki, Məşədi Dadaş məscidinin əvvəlki imamı Hacı Şahin Həsənli martın 2-də ürəktutmadan vəfat edib.