GündəmSiyasət

“Ermənistan işğal altında olan 4 kəndin geri qaytarılmasına razılıq verdi” – XİN

“Ermənistan Azərbaycanın 1990-cı illərin əvvəllərindən işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib”.

Bu barədə Azərbaycan XİN sözçüsü Ayxan Hacızadə sosial şəbəkə hesabında məlumat yayıb.

“Çoxdan gözlənilən tarixi hadisə:

Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyalarının 8-ci iclasının nəticəsi olaraq Ermənistan Azərbaycanın 1990-cı illərin əvvəllərindən işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib”, – Hacızadə bildirib.

Bənzər yazılar

Back to top button