İdman

Qvardiola: “Yeganə məqsədimiz Çempionlar Liqasının 1/4 finalına çıxmaqdır”

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola komandasının bu mövsüm Premyer Liqanı, Çempionlar Liqasını və İngiltərə Kubokunu (trebl) qazanmaq şanslarını dəyərləndirib.

Qol.az xəbər verir ki, mütəxəssis hələ yalnız ÇL-in 1/4 finalına adlaağı hədəflədiklərini söyləyib:

“Bizim yeganə məqsədimiz sabah 1/4 finala yüksəlməkdir. Biz hələ trebldən danışmaqdan çox uzağıq. Bəli, keçən mövsüm “İnter”ə finalda qalib gəldik. Amma indi hələ martın əvvəlidir. Sabah “Kopenhagen”ə qarşı oynayacağıq. Bütün diqqətimi buna yönəltmişəm”.

Xatırladaq ki, 2022/2023 mövsümündə Qvardiolanın rəhbərliyi altında “Mançester Siti” eyni vaxtda üç kubok qazanmışdı. Komanda sabah ÇL-in 1/4 finalında “Kopenhagen”lə cavab matçına çıxacaq.

Bənzər yazılar

Back to top button