Dünya

Son beş ayda Rusiya Ukraynada 100 min insan itirib

Bayden administrasiyası hesab edir ki, ötən ilin dekabrından Rusiya Ukraynada 100 minə yaxın insan itirib, o cümlədən 20 mindən çoxu həlak olub, onlardan 10 mini Vaqnerin muzdluları olub, Turan-ın Vaşinqton müxbiri xəbər verir.

Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi bazar ertəsi jurnalistlərə bildirib ki, “Rusiya hərbi ehtiyatlarını və silahlı qüvvələrini tükəndirib”. “Bu rəqəmlər həqiqətən heyrətləndiricidir”, o dedi.

Belə böyük itki Vaqnerin qoşunlarının hazırlıqsızlığı, komandanlığın pis təşkili və onların keçmiş cinayətkar olması ilə izah olunur.

Dövlət Departamenti də öz növbəsində rusların Ukraynadakı vəhşiliklərinə görə cavabdehlik daşımaq üçün addımlar atmağa davam edəcəyini bildirib.

“Biz Rusiya qoşunlarının törətdiyi vəhşilikləri gördük, ukraynalı tərəfdaşlarımızı dəstəkləmək üçün əlimizdən gələni edirik ki, onların müdafiə vasitələrinə sahib olsunlar. Biz həmçinin Rusiya Federasiyasının məsuliyyətə cəlb edilməsi üçün addımlar atmağa davam edəcəyik”, – deyə mətbuat katibinin müavini Vedant Patel gündəlik brifinq zamanı bildirib.

Bənzər yazılar

Back to top button