GündəmManşetSiyasət

Laçın SBM-də mobil rentgen-skaner quraşdırılıb

Laçında, Ermənistanla sərhəddəki sərhəd-buraxılış məntəqəsində avtonəqliyyat vasitələrinin içindəkiləri skan edən mobil rentgen aparatı quraşdırılıb. Bu barədə Turan-a hərbi ekspert Ədalət Verdiyev bildirib.

Hərəkətli platformaya montaj edilmiş Britaniya istehsalı olan HCV-m aparatının əksini tapdığı fotoşəkil bu məlumatı təsdiq edir. Qurğunun üstündə avadanlığın markası (HCV-m (mobile)) göstərilib.

HCV sistemi gömrük nəzarəti məntəqələrində, nəqliyyat infrastrukturu obyektlərində, o cümlədən aeroportlarda və dəniz limanlarında minik və yük maşınlarının, habelə konteynerlərin içindəkilərə nəzarəti həyata keçirir. Saatda 23-ə qədər yük maşınını sakn etmək imkanına malikdir. Poladdan nüfuzetmə qabiliyyəti 400 mm-ə qədərdir, avadanlığın texniki pasportunda belə deyilir.

Laçın yolunda yüklərin yoxlanması üçün rentgen avadanlığının quraşdırılması mümkünlüyündən ilk dəfə 2022-ci ilin dekabrında Qarabağdakı Rusiya sülhməramlı kontingentinin komandanı Andrey Volkov bəhs edib. Amma o, bu vədi yerinə yetirməyib.

Ermənistan tərəfin məlumatına görə, Laçında SBM açıldıqdan sonra ermənilər RSK-nin yeni komandanı Lentsova Bakı ilə danışıqlarda ermənilər üçün güzəştə nail olmağı təklif edirlər. Xankəndindəki rəhbərliyin təklifi rentgen aparatının RSK tərəfindən idarə olunmasından, Azərbaycan tərəfin isə SBM-in işini onlayn rejimdə, məsafədən müşahidə etməsindən ibarətdir. Bakı bu təklifi qəbul etməkdən imtina edir.

Bənzər yazılar

Back to top button