Cəmiyyət

Bu restoranlar cərimələndi

Ölkə ərazisində fəaliyyət göstərən ictimai-iaşə obyektləri və restoranlarda keçirilən növbəti monitorinqlər zamanı havaya normadan artıq tullantı atan və normativlərə uyğun fəaliyyət göstərməyən obyektlər barəsində qanunamüvafiq tədbirlər görülüb.

Bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.

Bildirilib ki, keçirilən monitorinq və səyyar laboratoriya vasitəsilə aparılan ölçmə işləri zamanı Bakı şəhərində fəaliyyət göstərən “Garden Hall”, “Nardança”, “Xan Bağı”, “Muğam Ocağı”, “Bulaq”, “Həkəri” Sumqayıt şəhərində fəaliyyət göstərən “Love Palace”, “Ad günü”, “Mübariz”, “Romance”, “Buxara”, “Fayton”, “Pine Park”, Gəncə şəhərində fəaliyyət göstərən “Kübar”, “Dan ulduzu”, “Sübhan” ictimai-iaşə obyektləri və restoranlarından havaya atılan tullantıların miqdarının normadan artıq olduğu müəyyən edilib.

Faktlarla bağlı obyektlərin səlahiyyətli nümayəndələri barəsində protokol tərtib olunub və onlar vəzifəli şəxs qismində cərimələnib.

Bənzər yazılar

Back to top button