Digər

“Qarabağ”ın Kadiyə görə tələbi – Transfer baş tutmaya bilər

“Qarabağ”ın futbolçusu Kadi Borgesin Rusiyanın “Krasnodar” klubuna keçidi baş tutmaya bilər.

Aut.az xəbər verir ki, bu barədə “RB Sport” məlumat yayıb. Azərbaycan təmsilçisinin tələblərinin yüksək olması səbəb kimi göstərilib. Tərəflər 26 yaşlı yarımmüdafiəçinin transferinin məbləği ilə bağlı razılığa gələ bilmirlər. “Köhlən atlar” məbləğdə güzəştə getməsə, Rusiya klubu bu keçiddən imtina edəcək. Futbolçunun nümayəndəsi Helsio Alisk də danışıqlar barədə məlumatsız olduğunu açıqlayıb:

“Kadinin transferi ilə bağlı hazırda nə baş verdiyini bilmirəm. Çünki klublar birbaşa danışıqlar aparırlar”.

Qeyd edək ki, Kadi Borges “Qarabağ”la bu yay yeni sözləşmə imzalayıb. Futbolçunun sərbəstqalma maddəsi 5 milyon avrodur. Çox güman ki, “atlılar” “Krasnodar”dan bu məbləği tələb etdiyi üçün transfer baş tutmur.

Bənzər yazılar

Back to top button