Siyasət

Peskov Qarabağla bağlı üçtərəfli razılaşmaların alternativi olmadığını bildirib

ABŞ dövlət katibi Entoni Blinkenin Azərbaycan və Ermənistan XİN başçıları ilə görüşünü şərh edən RF prezidentinin mətbuat katibi Dmitri Peskov belə deyib: “Əlbəttə, bu bazada nizamlanmaya kömək edə biləcək istənilən kömək alqışa layiqdir. Amma biz onu da bilirik ki, nizamlanmanın əsasını pozan müxtəlif cəhdlər də olur, bu, gələcəkdə nəticə verməyə bilər. Ümid edək ki, bu halda söhbət birinci haldan gedir”.

TASS-ın məlumatına görə, Peskov qeyd edib ki, Ermənistan və Azərbaycan arasında vəziyyətin nizamlanmasına yalnız RF ilə üçtərəfli razılaşmalar əsasında kömək xoş qarşılana bilər, onların alternativi yoxdur.

“İki ölkə arasında mövcud olan problemlərin həlli və regionda gərginliyin azalmasına yönəlmiş hansısa birgə tədbirlərin və addımların işlənib hazırlanması Rusiya ilə birlikdə imzalanmış üçtərəfli sənədlər əsasında mümkündür. Hələlik nizamlanmaya şərait yarada biləcək hər hansı başqa hüquqi əsas yoxdur. Müvafiq olaraq, indiyədək bu üçtərəfli sənədlər tamamilə alternativsizdir”, deyə Kremlin nümayəndəsi bildirib.(Turan)

Bənzər yazılar

Back to top button