İdman

Messini PSJ-dən uzaqlaşdırdılar

PSJ Lionel Messini komandadan iki həftəlik uzaqlaşdırıb.

Aut.az xəbər verir ki, bu barədə RMC məlumat yayıb.

Rəhbərlik futbolçunu baş məşqçi Kristof Qaltye və futbol müşaviri Luis Kamposla razılaşdırılmadan Səudiyyə Ərəbistanına səfərə görə cəzalandırmaq qərarına gəlib.

Daha əvvəl bildirilirdi ki, Messinin bazar ertəsi səhər məşqdə olmaması komanda daxilində, ilk növbədə, futbolçular arasında çoxlu söz-söhbətə səbəb olub.

Messi turizm səfiri olduğu Səudiyyə Ərəbistanına Fransa çempionatının 33-cü turunda “Loryen”lə oyundan (1:3) dərhal sonra gedib.

Bənzər yazılar

Back to top button