İqtisadiyyat

Maliyyə Nazirliyinin tenderi ləğv olundu

Maliyyə Nazirliyinin “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin inzibati binasında 2 ədəd Genpover (Türkiyə istehsalı) 1600 Kva generatorları və 2 ədəd 1600 Kva (Çətinkaya markalı, 3 hissəli, Türkiyə istehsalı) tənzimləyicilərin, 400Kva Sokomec online UPS-in, 3 ədəd 10Kva online UPS-lərin (Makelsan, İnform) 2023-cü il ərzində texniki xidmətlərinin, təmirinin, ehtiyyat hissələrinin, sürtkü materiallarının satın alınması” tenderi ləğv olunub.

AzToday.az FED.az-a istinadla xəbər verir ki, buna səbəb tenderdə iştirak etmək üçün tender təklifi vermiş iddiaçıların sayı üçdən az olmasıdır.

Bu da Dövlət Satınalmaları haqqında qanunun 11.1-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə görə tenderdə iştirak etmək üçün tender təklifi vermiş iddiaçıların sayı üçdən az olduqda satınalan təşkilat tenderin davamından imtina edir və bu barədə məlumatı tender elan olunduğu mətbuat orqanında 5 bank günü ərzində dərc etdirir və rəsmi internet saytında yerləşdirir.

Bənzər yazılar

Back to top button