Cəmiyyət

Şagirdlər onlayn dərslərə qatıla bilmir – Virtual Məktəb niyə işləmir?

Pandemiya ilə əlaqədar dərslərin distant tədrisi üçün Təhsil Nazirliyi virtual məktəb layihəsinə start verib. Bunun üçün isə Virtual Məktəb platforması yaradılıb. Bu platformaya əvvəllər şagird və müəllimlər tərəfindən az maraq olsa da, daha sonra platformadan istifadə edənlərin sayı artıb.

Sentyabrın 15-dən isə Azərbaycanda təhsil formasının həm əyani, həm də virtual şəkildə həyata keçirilməsinə başlanılıb. Artıq iki gündür tədris prosesi başlasa da, Virtual Məktəb platformasında bir çox çətinliklər yaranıb.

Təhsil eksperti Elşən Qafarov yaranmış problemin səbəbini Redaktor.az-a belə izah edib:

“Ötən dövr ərzində müəllim və şagirdlərin kifayət qədər vaxtı var idi ki, Virtual Məktəb layihəsi vasitəsi ilə seminar və vebinarlarla qatılsınlar. Eyni zamanda, qeydiyyatdan keçsinlər. Məsələ sadəcə qeydiyyatdan keçmək də deyil, həmçinin dəsrlərin onlayn təşkilini də həyata keçirməkdir. Lakin bu reallaşmadı. Sentyabrın 10-da Virtual Məktəb platformasında həddən artıq yükləmlər və müəyyən yeniliklərin edilməsi sistemdə problemlər yaratdı.

Bu gün tədris ilinin artıq ikinci günüdür. Və hələ də Virtual Məktəb platformasında dərslər keçmək mümkün deyil. Bu da valideyn, müəllim və şagirdlərin haqlı narazılığına səbəb olub”.

Təhsil eksperti yaranan problemin tez bir zamanda qarşının alınacağını bildirib. Həmin dövrə qədər isə dərslərin təşkili və tədisi üçün müəllim və şagirdlər alternativ variant olaraq “Zoom”

Bənzər yazılar

Back to top button