İdman

“Qalatasaray”la “Fənərbağça” arasında transfer savaşı

“Qalatasaray” qışda heyətinə qatmaq istədiyi Ahmed Musa ilə ilkin razılıq əldə etsə də, “Fənərbağça” buna mane olmağa çalışır.

Fanat.Az xəbər verir ki, “sarı-lacivərdlilər” nigeriyalı futbolçunun meneceri ilə görüşərək, öz təkliflərini irəli sürüblər. Məlumata görə, “Fənərbağça”nın baş məşqçisi Erol Bulut bu futbolçunun alınması üçün rəhbərliyə müraciət edib.

Bildirilir ki, əzəli rəqibinin də işə qarışması “Qalatasaray”ın transfer çalışmalarını sürətləndirməsinə səbəb olub. “Sarı-qırmızılar” Ahmed Musanın transferi üçün mümkün olan bütün addımları atacaq.

Qeyd edək ki, Ahmed Musa Nigeriyanın GBS, JUTH və “Kano Pillars” klublarında oynadıqdan sonra 2011-ci ildə Niderland təmsilçisi “Venlo”ya keçib. Sol cinah futbolçusu 2012-ci ildə 5 milyon avroya Moskva ÇSKA-sına transfer olunub. 4 il sonra isə “Lester” onu 19,5 milyon avroya heyətinə qatıb. Ahmed Musa 2018-ci ilin qışında ÇSKA-ya icarəyə verilib və həmin ilin yayında 16,5 milyon avro qarşılığında Səudiyyə Ərəbistanının “Əl-Nəssr” klubuna transfer olunub. Oktyabrın 26-sında isə onun ərəblərlə müqaviləsi başa çatıb.

2010-cu ildən Nigeriya millisinə çağırılan Ahmed Musa 95 oyunda 15 qol vurub.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button