Cəmiyyət

Suçiçəyinə qarşı peyvənd meymunçiçəyindən qoruyur? – Açıqlama

“Su çiçəyi ilə meymunçiçəyi xəstəliyinin adına görə bəzən yanlış təəsürat yaranır və bu xəstəliyi oxşadırlar”.

AzToday.az xəbər verir ki, bunu TƏBİB-in İnfeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva deyib.

O bildirib ki, bəzən elə təəssürat yaranır ki, bunlar eyni xəstəlikdir və birini keçirmişiksə, digərini keçirməyəcəyik:

“Meymunçiçəyi xəstəliyi çiçək virusu ailəsinə aiddir. Həqiqətən də təbii çiçək xəstəliyinə qarşı vaksin olunan şəxslərdə meymunçiçəyinə yoluxma faizi azdır. Lakin su çiçəyi xəstəliyi tamamilə ayrı virus xəstəlikləri ailəsinə aiddir. Suçiçəyinə qarşı peyvənd bizi meymunçiçəyi xəstəliyindən qorumur”.

O qeyd edib ki, meymuçiçəyinin 2019-cu ildə təsdiqlənmiş peyvəndi var: “Bu peyvənd kifayət qədər effektivdir. Lakin indiyə qədər bu peyvənd çox məhdud sayda istehsal olunurdu. Çünki istənilən halda bu peyvəndlər, dərmanlar ehtiyac üzrə istehsal olunur. Bu xəstliyə yoluxma artarsa, riskli qruplar üçün peyvəndin istehsakı artırıla bilər”.

Bənzər yazılar

Back to top button