Siyasət

Rusiya XİN-dən Bakı və İrəvanın ABŞ görüşünə – Reaksiya

“Danışıqlar Rusiyanın iştirakı ilə deyil, digər ölkələrin iştirakı ilə aparılır, müvafiq olaraq, baş verənlərin prosesi ilə bağlı birbaşa iştirakçılarla maraqlanmaq lazımdır”.

Yeniavaz.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə Vaşinqtonda Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında keçirilən görüşlərlə bağlı sualı cavablandırarkən deyib.

“Yəqin ki, nəticələrə əsasən yekun bəyanat verildikdən sonra hansısa təəssürat yaratmaq mümkün olacaq. Və bəlkə də bu, bizə şərh vermək hüququnu verəcək.

İkincisi, bildiyiniz kimi, biz Ermənistan, Azərbaycan və Rusiya liderlərinin 2020-ci ildən 2022-ci ilə qədər qəbul edilmiş üçtərəfli bəyanatının bütün müddəalarının həyata keçirilməsinə sadiqik”, – deyə o vurğulayıb.
Həmçinin Zaxarova bildirib ki, Moskvada da görüş gözlənilir:

“Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Rusiya Federasiyası ərazisində görüşlərinin perspektivlərinə gəlincə, Moskva bunu artıq elan edib, Bakı və İrəvan görüşü Moskvada keçirməyə hazır olduqlarını təsdiqləyiblər. Tarixlər daha sonra açıqlanacaq”.

Bənzər yazılar

Back to top button