Siyasət

Prezident İlham Əliyev: “Bakı NATO və Avropa İttifaqı üzvlərilə ikitərəfli münasibətləri inkişaf etdirməyə üstünlük verir

Azərbaycan Türkiyə vasitəsilə NATO ilə və Avropa İttifaqı ilə əməkdaşlıq edir, baxmayaraq ki, bu iki qurumla sazişləri yoxdur. Bu barədə prezident İlham Əliyev çərşənbə günü Şuşada beynəlxalq konfrans iştirakçıları qarşısındakı çıxışında bildirib.

“Biz Avropa İttifaqı ilə assosiasiya sazişi imzalamamışıq, lakin bu o demək deyil ki, biz Avropa İttifaqı ilə saziş istəmirik. Təklif olunan sənəd saziş deyil, təlimatdır”, – o deyib.

NATO ilə əməkdaşlığa gəlincə, Şuşa bəyannaməsini Azərbaycan və onun müttəfiqi, NATO-da ikinci böyük orduya malik Türkiyə imzalayıblar. “Biz NATO ölkələri və Avropa İttifaqı üzvlərilə ikitərəfli əlaqələrin və əməkdaşlığın inkişafına tərəfdarıq. Strateji tərəfdaşlıq haqqında müqavilələr daha böyük əhəmiyyətə malikdir, nəinki, sadəcə, assosiasiya haqqında saziş”, – o deyib.

Türkiyədə seçkilərin nəticəsindən asılı olmayaraq, iki ölkə müttəfiq olaraq qalacaq və heç bir dəyişiklik olmayacaq,- İlham Əliyev vurğulayıb.

Bənzər yazılar

Back to top button