Dünya

Erməni əsgər anaları Anna Akopyanı evlərindən qovur

Ermənistan baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan son həftələri Qarabağda ölən erməni hərbçilərin valideynlərinin evlərinə gedir.

Modern.az yerli KİV-ə istinadən xəbər verir ki, vitse-spiker Lena Nazaryanla birgə həyata keçirilən belə ziyarətlər zamanı o, əsgər valideynlərinə başsağlığı verməyə deyil, Paşinyanın səhv addımlarına haqq qazandırmağa, siyasi dividentlər qazanmağa çalışır.

“Bizdə olan məlumata görə, Anna Akopyan əsgər valideynləri ilə görüşlərdə ciddi problemlərlə üzləşib. Belə ki, övladını itirən yüzlərlə ailə Anna Akopyanla görüşdən imtina edir. Onların fikrincə, baş verənlərin əsas səbəbkarı Ermənistanın hazırkı siyasi rəhbərliyi, o cümlədən Anna Akopyandır”- deyə jurnalistlər yazır.

Ötən ay ərzində Anna Akopyanın azı 5 evdən əsgər valideynləri tərəfindən qovulduğu da xəbər verilir.

Bənzər yazılar

Back to top button