Dünya

Rusiya Xersona kütləvi raket zərbəsi endirib – onlarla ölü və yaralı var

Mayın 3-də Rusiya Ukraynanın Xerson şəhərinə kütləvi raket zərbəsi endirib, nəticədə onlarla insan həlak olub və yaralanıb.

Bu münasibətlə Ukrayna Prezidenti Vladimir Zelenski Twitter hesabında aşağıdakı statusu yazıb:

“Dəmiryol vağzalı və keçid, ev, tikinti mağazası, ərzaq supermarketi, yanacaqdoldurma məntəqəsi – bilirsinizmi bu yerləri birləşdirən nədir? 🇷🇺siya raketləri ilə Xerson və Xerson bölgəsində dinc sakinləri öldürən qanlı iz.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

İndiyədək 21 nəfər həlak olub! 48 yaralı! Hamısı mülki vətəndaşlar! Bir gündə! Bir bölgədə! Həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verirəm.

Biz günahkarları heç vaxt bağışlamayacağıq. Biz R🇺siyanı, bu şər dövlətini məğlub edəcəyik və bütün günahkarları hesaba çəkəcəyik!”

Bənzər yazılar

Back to top button