Dünya

“Ermənilər həmişə öz maraqlarını yox, emosiyalarını rəhbər tutur”

Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyənin hava məkanını Ermənistan təyyarələri üçün bağlamasına münasibət bildirib.

Yeniavaz.com “Sputnik Armenia”ya istinadla xəbər verir ki, Paşinyan bunun Türkiyədən daha çox Ermənistanın problemi olduğunu bildirib:

“Bəzi abidələrin ucaldılması qarşı tərəfdə narahatlığa səbəb olub. Ermənilər həmişə öz maraqlarını yox, emosiyalarını rəhbər tutur. Əgər hakimiyyət olaraq buna mane olsaydıq, “vətən xaini” elan ediləcəkdik. Əgər bu gün yollar bizim üzümüzə bağlıdırsa bu, onları bağlayanların problemindən daha çox bizim problemlərimizdir. Ola bilsin, onların da problemləri var, amma bizimki qədər dərin deyil. Bütün bunları danışmalıyıq”.

Xatırladaq ki, aprelin 29-da Ankara “Flyone Armenia” şirkətinə Türkiyə hava məkanı vasitəsilə Avropaya uçuşlar həyata keçirmək üçün əvvəllər verilmiş icazəni ləğv edib. Buna səbəb olaraq vaxtilə türkləri qətlə yetirməsi ilə tanınan şəxsə İrəvanda abidə ucaldılması olub.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button