Siyasət

Prezident “Rusiya-Ukrayna münaqişəsi necə bitə bilər?” sualına belə cavab verdi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev ötən gün Şuşada “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda keçirilən konfransda çıxış edib.

O, konfransda Albaniya Beynəlxalq Araşdırmalar İnstitutunun İdarə Heyətinin üzvü Arian Starovanın Rusiya-Ukrayna münaqişəsinin necə bitə biləcəyi ilə bağlı sualına belə cavab verib.

“Siz heç kimin cavab verə bilməyəcəyi sualı verdiniz. Ola bilsin mən bilirəm ki, kimsə bunun nə vaxt başa çatacağını bilə bilər, lakin bu, heç bir halda Azərbaycan deyil. Mənim tərəfimdən hər hansı proqnozlar vermək məsuliyyətsizlik olardı. Əlbəttə ki, dünyanın əksər ölkələri kimi biz bu müharibənin mümkün olduğu qədər tez bitməsini istəyirik. Lakin, eyni zamanda, biz realist olaraq başa düşürük, ola bilsin ki, onu mümkün olduğu qədər tez zamanda başa çatdırmaq mümkün olmayacaq. Bu, həmin ölkələrin insanları üçün, Avropa üçün və dünya üçün böyük faciədir”.

Bənzər yazılar

Back to top button